Fransada daha 29 nəfər COVID-19 diaqnozu ilə ölüb

Fransada daha 29 nəfər COVID-19 diaqnozu ilə ölüb
# 16 iyun 2020 06:51 (UTC +04:00)

Fransada koronavirusdan ölüm sayı son sutkada 29 nəfər artıb və 29 436-ya çatıb.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bundan bir gün əvvəl virusa yoluxma nəticəsində 29 407 nəfərin öldüyü deyilirdi.

“Fransada epidemiyanın başlanğıcından bəri 29 436 nəfər həyatını itirib, onlardan 19 052-si xəstəxanalarda ölüb”, - deyə kommünikedə qeyd olunub.

Hazırda xəstəxanalarda 10 752 nəfər qalır. Sutka ərzində daha 114 nəfər xəstəxanaya müraciət edib. Reanimasiyalarda isə 846 nəfər var, son sutkada buraya 13 nəfər yerləşdirilib.

Epidemiyanın başlanğıcından bəri 103,3 min nəfər xəstəxanaya müraciət edib, onlardan 18 mindən çoxu reanimasiyaya yerləşdirilib. 73 mindən çox xəstə isə sağalaraq evinə buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR