Fransada koronavirusdan ölənlərin sayı 120 nəfərə çatıb

Fransada koronavirusdan ölənlərin sayı 120 nəfərə çatıb
# 16 mart 2020 00:58 (UTC +04:00)

Fransada yeni növ koronavirus infeksiyası 120 nəfərin ölümünə yol açıb.

APA “TASS”-a istinadən xəbər verir ki, belə bir məlumat ölkənin Baş Səhiyyə İdarəsi tərəfindən yayılıb.

Məlumata görə, son sutkada 29 nəfər virusun qurbanı olub. Virusa yoluxanların sayı isə 4,5 mindən 5,4 minə çatıb.

Hazırda 400 nəfər ağır vəziyyətdədir. Bu, dünənki göstərici ilə müqayisədə 100 nəfər çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR