Fransada koronavirusdan ölənlərin sayı 148-ə, İtaliyada isə 2158-ə çatıb

Fransada koronavirusdan ölənlərin sayı 148-ə, İtaliyada isə 2158-ə çatıb
# 17 mart 2020 06:22 (UTC +04:00)

Fransada koronavirusa yoluxanların ümumi sayı 6,6 mini keçib, onlardan 148 nəfəri ölüb. 

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Fransa Səhiyyə Agentliyi məlumat yayıb.

Son bir gündə yoluxanların sayı 1210, ölənlərin sayı isə 21 nəfər olub.

İtaliyada isə koronavirus qurbanlarının sayı 2158-ə çatıb. 

RİA Novosti-nin məlumatına görə, bu barədə ölkənin Mülki müdafiə xidmətinin rəhbəri Ancelo Borrelli deyib. Son sutka ərzində İtaliyada 349 nəfər koronavirusdan dünyasını dəyişib.  

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR