Fransada koronavirusdan ölənlərin sayı 22 minə yaxınlaşır

Fransada koronavirusdan ölənlərin sayı 22 minə yaxınlaşır
# 23 aprel 2020 22:32 (UTC +04:00)

Fransada koronavirusdan ölənlərin sayı 21856 nəfərə çatıb. Son sutka ərzində 516 nəfər ölüb.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, ölüm hadisələrinin 13547-si xəstəxanalarda, 8309-u isə tibbi-sosial müəssisələrdə qeydə alınıb.

Ölkə üzrə virusa yoluxanların sayı 120804 nəfərdir.

Qeyd edək ki, xəstəxanalarda hazırda 29219 nəfər müalicə alır. Son 24 saat ərzində xəstəxanalara 1410 yeni xəstə qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR