Fransada koronavirusdan ölənlərin sayı 25 mini keçib

Fransada koronavirusdan ölənlərin sayı 25 mini keçib
# 04 may 2020 21:42 (UTC +04:00)

Fransada koronavirusa yoluxma nəticəsində ölənlərin sayı son bir gündə 306 nəfər artıb, bununla da ölkədə qeydə alınan ölüm hallarının ümumi sayı 25 210 nəfər olub.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Fransanın Baş Səhiyyə İdarəsi məlumat yayıb.

Məlumata görə, bunlardan 15 826 nəfəri xəstəxanalarda, qalanları qocalar evlərində ölənlərdir.

İdarədən bildirilib ki, hazırda 25,5 mindən çox insan xəstəxanalardadır.

“Son 24 saat ərzində 689 nəfər xəstəxanaya yerləşdirilib ki, bu da əvvəlki günlə müqayisədə 267 nəfər azdır”, - deyə idarədən bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR