Fransada müəllimin qətli ilə bağlı daha 4 nəfər saxlanılıb

Fransada müəllimin qətli ilə bağlı daha 4 nəfər saxlanılıb
# 19 oktyabr 2020 21:56 (UTC +04:00)

Fransa paytaxtı Paris yaxınlığında müəllimin öldürülməsi cinayəti ilə bağlı istintaq çərçivəsində daha dörd nəfər saxlanılıb.

APA xəbər verir ki, bu barədə “BFMTV məlumat yayıb.

“Ötən cümə günü Konflan-Sent-Onorində Samuel Patinin qətli ilə bağlı aparılan istintaq araşdırmaları zamanı hazırda on beş nəfər nəzarət altındadır”, - məlumatda belə deyilir.

Məlumata görə, tutulan 15 nəfərdən dördü məktəb şagirdidir. Həbsdə olan şagirdlərdən biri bildirib ki, cinayətkar şəxs müəllimin olduğu yer barədə məlumatın qarşılığında ona pul verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR