Fransada son sutka ərzində 500 nəfər koronavirusa yoluxub

Fransada son sutka ərzində 500 nəfər koronavirusa yoluxub
# 12 mart 2020 00:40 (UTC +04:00)

Fransada son sutka ərzində koronavirusa yoluxanların sayı 500 nəfər artaraq 2281 nəfərə çatıb.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə ölkənin İctimai İşlər və Səhiyyə naziri Olivye Veran öz açıqlamasında deyib.

“Hazırda 2281 yoluxma halı qeydə alınıb, dünənki göstəricidən 500 nəfər çox. 48 nəfər isə bu virusdan ölüb”, - deyə nazir qeyd edib.

O bildirib ki, “105 nəfər reanimasiyaya yerləşdirilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR