Fransada son sutkada 80 nəfər koronavirusdan ölüb

#
# 21:42
9 may 2020

 

Fransada son sutkada koronavirusdan ölənlərin sayı 80 nəfər artaraq, ümumilikdə 26310 nəfərə çatıb.

APA Reuters-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Səhiyyə İdarəsi məlumat yayıb.

Bildirilib ki, martın 1-dən xəstəxanalarda 16573 nəfər, sosial-tibbi müəssisələrdə isə 9737 nəfər ölüb.

Epidemiya başlayandan bu yana Fransada virusa yoluxmuş 95 min 829 nəfər xəstəxanaya yerləşdirilib. Bunlardan 56 038 nəfər sağalaraq evə buraxılıb.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR