Fransada son sutkada koronavirusdan 418 nəfər ölüb

Fransada son sutkada koronavirusdan 418 nəfər ölüb
# 30 mart 2020 23:46 (UTC +04:00)

“Ötən gün Fransada yeni növ koronavirusdan 418 nəfər ölüb, bununla da ölkə üzrə ölənlərin ümumi sayı 3 mindən çox olub”.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamentinin baş direktoru Jerom Salomon mətbuat konfransında bildirib.

O qeyd edib ki, martın 1-dən etibarən ölkədə koronavirsdan 3024 ölüm qeydə alınıb, 21 mindən çox yoluxmuş insan xəstəxanaya yerləşdirilib: “5 mindən çox xəstə reanimasiyadadır ki, bunların 1/3-i yaşı 60-dan aşağı olanlardır. Onların vəziyyəti ağırdı".

Salomon bildirib ki, Fransada pandemiya başlayandan bu yana cəmi 44550 nəfər koronavirusa yoluxub: “İl-de-Frans ən çox infeksiyaya yoluxan bölgələrdən biridir. Daxil olan məlumatlara görə, paytaxt Parisdə isə minə yaxın insan koronavirusdan ölüb”.

Koronavirusun ciddi epidemiya olduğunu deyən baş direktor bütün fransızları tövsiyələrə əməl etməyə və mümkün qədər evdən çıxmamağa çağırıb: “Son dərəcə diqqətli olmaq və sanitariya-təhlükəsizlik qaydalarına riayət etmək lazımdır”.

Qeyd edək ki, martın 17-dən bəri Fransada vətəndaşların hərəkəti məhdudlaşdırılıb. Sakinlərə küçədə sıxlığı minimuma endirmək tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR