Fransada son sutkada rekord sayda koronavirusdan ölüm qeydə alınıb

Fransada son sutkada rekord sayda koronavirusdan ölüm qeydə alınıb
# 27 oktyabr 2020 01:12 (UTC +04:00)

Fransada aprel ayından bəri koronavirusdan bir gündə ilk dəfə olaraq 250 nəfərdən çox xəstə ölüb.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ölkənin “Sante Publique” Sanitar-epidemioloji Agentliyi məlumat yayıb.

Bununla da, ölkədə koronavirusdan ölənlərin sayı 35 018 nəfərə çatıb.

Bildirilib ki, son sutkada yoluxma sayı 26 771 nəfər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR