Fransalı nazir: “COVID-19 peyvəndləri virusun mutasiyaya uğramış variantlarına qarşı da effektivdir”

Fransalı nazir: “COVID-19 peyvəndləri virusun mutasiyaya uğramış variantlarına qarşı da effektivdir”
# 21 dekabr 2020 13:03 (UTC +04:00)

COVID-19 peyvəndləri Böyük Britaniyada qeydə alınmış virusun mutasiyaya uğramış variantlarına qarşı da effektiv olmalıdır.

APA-nın xəbərinə görə, bu barədə Fransanın səhiyyə naziri Olivier Veran "Europe 1" radiosuna bildirib.

“Nəzəri olaraq peyvəndin təsirli olmayacağını düşünmək üçün əlimizdə heç bir səbəb yoxdur”, - deyə səhiyyə naziri vurğulayıb.

Qeyd edək ki, Almaniyanın səhiyyə naziri Jens Spahn da mutasiyaya uğramış virusun peyvəndlər üzərində təsirli olmayacağını bildirərək əlavə edib ki, Avropanın tədqiqatçıları da bu fikirdədir.

Xatırladaq ki, həftəsonu Britaniyanın Baş naziri Boris Conson İngiltərədə orijinaldan 70% daha çox ötürülə bilən yeni bir koronavirus mutasiyası ilə əlaqədar ölkədə qapanma tətbiq edib. Bir çox Avropa ölkələri bu ölkəyə qarşılıqlı uçuşları dayandırıb. B. Conson və hökumətin elmi məsləhətçiləri peyvəndlərin hələ də təsirli olacağına inandıqlarını bildirərək mutasiyaya uğramış virusun səbəb olduğu xəstəliyin daha ölümcül və ya daha ciddi olmadığını deyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR