Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri vəzifəsi boş qalıb

Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri vəzifəsi boş qalıb
# 27 aprel 2021 14:15 (UTC +04:00)

Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri vəzifəsi boş qalıb.

APA-nın yerli bürosunun xəbərinə görə, Gürcüstan parlamentinin bu gün keçirilən plenar iclasında dostluq qrupunun hakim “Gürcü Arzusu” partiyasından olan rəhbəri Kaxa Kuçavanın parlamentin sədri seçilməsindən sonra bu vəzifə boş qalıb.

Qaydalara əsasən, parlamentin sədri dostluq qrupunun rəhbəri ola bilməz.

Məlumata görə, Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun yeni rəhbəri parlamentin sabiq spikeri Arçil Talakvadze olacaq.

Qeyd edək ki, Gürcüstan parlamentində dostluq qrupunun rəhbəri vəzifələri parlament çoxluğunun mandatındadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR