Gürcüstan Çindən əlavə 100 min doza vaksin alacaq

#
# 14:18
28 aprel 2021

Gürcüstan Çindən əlavə 100 min doza yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə “Sinovac” vaksini alacaq.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə ölkənin səhiyyə naziri Ekaterine Tikaradze parlamentdə “nazir saatı” formatında keçirilən dinləmələr zamanı bildirib.

Onun sözlərinə görə, vaksinlər mayın sonunadək Gürcüstana çatdırılacaq.

Nazir qeyd edib ki, mayın sonunadək Gürcüstan növbəti dəfə “AstraZeneca” vaksininin 86 min dozasını qəbul edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR