Gürcüstan Ermənistana yardım üçün tibbi heyət göndərəcək

Gürcüstan Ermənistana yardım üçün tibbi heyət göndərəcək
# 11 iyun 2020 11:21 (UTC +04:00)

Gürcüstan yeni növ koronavirus infeksiyası (COVID-19) ilə mübarizədə Ermənistana yardım üçün tibbi işçiləri göndərəcək.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Baş Naziri Giorgi Qaxaria hökumətin iclasında məlumat verib.

O bildirib ki, ölkənin Səhiyyə Nazirliyinə tibbi heyətin hazırlanması ilə bağlı tapşırıq verilib.

Baş Nazir qeyd edib ki, yardımın göndərilməsi üçün Gürcüstana Ermənistan tərəfindən müraciət olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR