Gürcüstan parlament seçkilərinin vaxtını dəyişməyəcək

Gürcüstan parlament seçkilərinin vaxtını dəyişməyəcək
# 11 sentyabr 2020 15:59 (UTC +04:00)

Pandemiya səbəbi ilə Gürcüstanda parlament seçkilərinin vaxtının dəyişdirilməsi məsələsi gündəmdə deyil.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri Giorgi Qaxaria keçirdiyi brifinqdə deyib.

“Nə seçkilərin vaxtının dəyişdirilməsi, nə də ölkə iqtisadiyyatına sərt məhdudiyyətlərin tətbiqi məsələsi qətiyyən gündəlikdədir”, - deyə baş nazir bildirib.

Qeyd edək ki, Gürcüstanda bu ilin 31 oktyabrında parlament seçkiləri keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR