Gürcüstan parlamentinə yeni sədr seçilib - YENİLƏNİB

#
# 14:11
27 aprel 2021

Kaxa Kuçava Gürcüstan parlamentinin yeni sədri seçilib.

APA-nın yerli bürosunun xəbərinə görə, parlamentin bu gün keçirilən plenar iclasında hakim “Gürcü Arzusu” partiyasının təqdim etdiyi namizəd səsə qoyulub.

İclasda qeydiyyatdan keçən deputatlardan 86-sı lehinə, 6-sı isə əleyhinə səs verib.

***

saat 12:29

Gürcüstan parlamenti spiker Arçil Talakvadzenin istefasını qəbul edib.

APA-nın yerli bürosunun xəbərinə görə, hakim “Gürcü Arzusu” partiyası bu vəzifəyə vitse-spiker Kaxa Kuçavanın namizədliyini irəli sürüb.

Hazırda parlamentdə müzakirələr davam etdirilir, gün ərzində yeni spikerin təyin edilməsi üçün səsvermə keçiriləcək.

Plenar iclasda boykotu dayandıran müxalif deputatlarla birlikdə 107 deputat qeydiyyatdan keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR