Gürcüstan üç ölkə ilə səyahət qaydalarını sərtləşdirib

Gürcüstan üç ölkə ilə səyahət qaydalarını sərtləşdirib
# 14 mart 2020 14:46 (UTC +04:00)

Gürcüstan höküməti koronavirusun yayılması riskini azaltmaq məqsədi ilə Norveç, Danimarka və İsveçrə ilə səyahət qaydalarını sərtləşdirib.

APA-nın yerli bürosu xəbər verir ki, müvafiq qərar Gürcüstanın Baş Naziri Giorgi Qaxarianın rəhbərliyi ilə fəaliyyət göstərən Qurumlararası Koordinasiya Şurası tərəfindən qəbul edilib. Qərara əsasən, sözügedən ölkələrdən qayıdan şəxslər COVID-19 virusuna yoluxmama ilə bağlı sertifikat təqdim etmədikləri təqdirdə, 14 gün müddətinə karantinə alınacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR