Gürcüstan vətəndaşlarının Avropa İttifaqı ərazisinə girişinə qoyulan qadağa ləğv olunur

Gürcüstan vətəndaşlarının Avropa İttifaqı ərazisinə girişinə qoyulan qadağa ləğv olunur
# 28 iyun 2020 17:20 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) iyulun 1-dən Gürcüstan vətəndaşlarının Aİ ərazisinə girişinə qoyulan qadağanı ləğv edəcək.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə "Le Monde" nəşri məlumat yayıb.

İttifaqa üzv ölkələrin səfirləri Gürcüstan da daxil olmaqla 14 ölkənin (Avstraliya, Yeni Zelandiya, Yaponiya, Cənubi Koreya, Kanada, Montoneqro, Serbiya, Tailand, Uruqvay, Ruanda, Əlcəzair, Mərakeş və Tunis) vətəndaşlarının iyulun 1-dən Aİ ərazisinə sərbəst girişinə icazə verilməsi barədə razılığa gəlib. ABŞ, Türkiyə, Rusiya, İsrail və Səudiyyə Ərəbistanı bu ölkələrin siyahısına daxil edilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR