Gürcüstana əcnəbilərin girişi məhdudlaşdırlıb

Gürcüstana əcnəbilərin girişi məhdudlaşdırlıb
# 18 mart 2020 10:24 (UTC +04:00)

Bu gündən Gürcüstana əcnəbilərin girişi 2 həftə müddətinə məhdudlaşdırılıb.

APA-nın yerli bürosu xəbər verir ki, müvafiq qərar Gürcüstan hökuməti tərəfindən qəbul edilib. Qərara əsasən yalnız Gürcüstanda akkreditasiya olunmuş diplomatik missiyaların, beynəlxalq təşkilatların nümayəndələri və onların üzvləri, həyat yoldaşı və ya azyaşlı övladları, Gürcüstan vətəndaşı olanlar və Gürcüstanda qaçqın statusu olanların ölkəyə girişinə icazə veriləcək.

Qeyd edək ki, hazırda Gürcüstanda koronavirusa yoluxma təsdiqlənmiş şəxslərin sayı 35 nəfər, karantində olanların sayı isə 1008 nəfərdir .

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR