Gürcüstanda Azərbaycan vətəndaşı yaşadığı evdə ölü tapılıb

Gürcüstanda Azərbaycan vətəndaşı yaşadığı evdə ölü tapılıb
# 21 mart 2020 11:23 (UTC +04:00)

Ötən gecə Gürcüstanda Azərbaycan vətəndaşı Elvin Sarıyev yaşadığı evdə ölü tapılıb.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, hadisə Marneuli rayonunun Qiorqadze küçəsində yerləşən binalardan birində baş verib.

Onun 2 gün öncədən dəm qazından boğularaq öldüyü ehtimal edilir. Məlumata görə, 24 yaşlı gənc binada kirayə qalıb.

Bildirilib ki, gəncdən xəbər ala bilməyən ev sahibi polisə zəng edib. Hadisə yerinə gələn polis və yanğın söndürənlər qapını sındıraraq içəri daxil olublar və bu zaman oğlanın meyiti aşkar edilib.

Ölən gəncin Azərbaycanın Ağstafa rayonundan Marneuliyə işləməyə gəldiyi qeyd olunub. Onun evdə tək yaşadığı, ailəsinin isə Azərbaycanda olduğu bildirilib.

Faktla əlaqədar polis araşdırmalara başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR