Gürcüstanda COVID-19-a yoluxanların sayı 1 351 nəfərə çatıb

Gürcüstanda COVID-19-a yoluxanların sayı 1 351 nəfərə çatıb
# 18 avqust 2020 10:04 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 10 yoluxma halı qeydə alınıb.

APA-nın xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 351 nəfərə çatıb.

Qeyd edək ki, virusa yoluxan 17 nəfər vəfat edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR