Gürcüstanda avtomobillərin hərəkəti bərpa olunur

Gürcüstanda avtomobillərin hərəkəti bərpa olunur
# 24 aprel 2020 14:53 (UTC +04:00)

Aprelin 27-dən etibarən Gürcüstanda yüngül nəqliyyat vasitələrinin hərəkətinə tam icazə veriləcək.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri Giorgi Qaxaria Qurumlararası Koordinasiya Agentliyinin iclasında bildirib.

Onun sözlərinə görə, həmin tarixdən etibarən ölkə ərazisində taksilərin də fəaliyyəti bərpa ediləcək.

Qeyd edək ki, 17 aprel tarixindən etibarən bütün Gürcüstan ərazisində avtomobillərin hərəkəti qadağan edilib.

Qadağa yük daşımalarına şamil olunmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR