Gürcüstanda azərbaycanlı gənc öldürülüb

Gürcüstanda azərbaycanlı gənc öldürülüb
# 22 mart 2020 13:40 (UTC +04:00)

Gürcüstanda azərbaycanlıların yaşadığı Marneuli rayonunun Kürtlər kəndində gənclər arasında mübahisə ölümlə nəticələnib.

APA-nın Gürcüstan  bürosu xəbər verir ki, kənd sakini H.İsmayılov bıçaqla həmkəndlisi  İ.Mustafayevi ayağından yaralayıb.

Yaralı gənc xəstəxanaya çatdırılsa da, qanaxmadan dünyasını dəyişib.

Hadisəni törətməkdə şübhəli bilinən H. İsmayılov Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR