Gürcüstanda banka basqın edən silahlı şəxs həbs edilib - YENİLƏNİB

Gürcüstanda banka basqın edən silahlı şəxs həbs edilib - YENİLƏNİB
# 16 aprel 2021 14:22 (UTC +04:00)

Tbilisinin Avlabari rayonunda “Gürcüstan Bankı”na silahlı basqın edən şəxs həbs edilib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Patrul Polisi Departamentinin rəisi Vaja Siradze bildirib.

Onun sözlərinə görə, girovlar azad edilib və təhlükəsiz yerə aparılıblar.

İnsident təxminən 2 saat davam edib. Silahlı şəxsin basqını tək həyata keçirdiyi bildirilib.

Hadisə ilə əlaqədar yaxınlıqdakı metro stansiyası bağlanılıb və sərnişinlər təxliyə ediliblər.

Fakta bağlı araşdırmalara başlanılıb.

İnsident zamanı xəsarət ala olmayıb.

***

saat 13:15

Tbilisidə banka silahlı hücum olub.

APA-nın yerli bürosunun xəbərinə görə, "Gürcüstan Bankı"nın Avlabari filialına hücum edən silahlı şəxsin içəridəki şəxsləri girov götürdüyü bildirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR