Gürcüstanda builki Tbilisoba bayramı ləğv olunub

Gürcüstanda builki Tbilisoba bayramı ləğv olunub
# 09 sentyabr 2020 12:24 (UTC +04:00)

Pandemiya səbəbindən bu il Gürcüstanda ənənəvi Tbilisoba bayramı keçirilməyəcək. APA-nın yerli bürosu xəbər verir ki, bunu Tbilisi meri Kaxa Kaladze deyib.

O bildirib ki, bu il bayramla əlaqədar heç bir kütləvi tədbir planlaşdırılmır: "Tbilisoba hər il oktyabrın ilk həftəsonunda keçirilir, lakin mövcud reallıq səbəbindən bu il tədbirləri təxirə salmalı olacağıq. İnsanların həyatı, sağlamlığı bizim üçün vacibdir, bu səbəbdən Tbilisoba tədbirləri ləğv ediləcək".

Qeyd edək ki, 1979-cu ildən keçirilən festivalda Tbilisi ilə qardaşlaşmış şəhərlərin, eləcə də dost ölkələrin paytaxtlarının stendləri sərgilənir. Ötən il Azərbaycan bayram tədbirində ayrıca pavilyonla təmsil olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR