Gürcüstanda cümə namazları qılınmayacaq

Gürcüstanda cümə namazları qılınmayacaq
# 17 mart 2020 10:33 (UTC +04:00)

Gürcüstanda koronavirus pandemiyasına görə cümə namazları müvəqqəti qılınmayacaq.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov məlumat verib.

O bildirib ki, bir qrup ruhaninin iştirak etdiyi Dini Elmi Heyət üzvləri bununla bağlı müvafiq qərar qəbul ediblər.

"Koronavirusun ictimai məkanlarda insandan-insana sürətlə yayılmasını nəzərə alaraq cümə namazları müvəqqəti qılınmayacaq", - deyə o vurğulayıb.

R. İgidov bu müddətdə məscidə gələnlərə özləri ilə şəxsi möhür və təsbehlər, imkan daxilində kiçik canamazlar gətirərək onlardan istifadə etmələrini tövsiyə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR