Gürcüstanda daha 1030 nəfər koronavirusa yoluxub

Gürcüstanda daha 1030 nəfər koronavirusa yoluxub
# 15 aprel 2021 10:47 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 1030 yoluxma halı qeydə alınıb, 7 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 292 244, xəstəlikdən ölənlərin sayı isə 3 908 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 279 389 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR