Gürcüstanda daha 165 nəfər koronavirusa yoluxub

#
# 10:10
14 sentyabr 2020

Gürcüstanda son bir sutka ərzində yeni növ koronavirusa (COVID-19) 165 yoluxma halı qeydə alınıb. 

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 2392 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 5882 nəfər karantində saxlanılır, 390 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 1369 nəfərin sağaldığı, 19 nəfərin isə vəfat etdiyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR