Gürcüstanda daha 196 nəfər koronavirusa yoluxub

Gürcüstanda daha 196 nəfər koronavirusa yoluxub
# 16 sentyabr 2020 10:30 (UTC +04:00)

Gürcüstanda son bir sutka ərzində yeni növ koronavirusa (COVID-19) 196 yoluxma halı qeydə alınıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 2758 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 6633 nəfər karantində saxlanılır, 836 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 1412 nəfərin sağaldığı, 19 nəfərin isə vəfat etdiyi bildirilir

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR