Gürcüstanda daha 294 nəfər koronavirusa yoluxub

Gürcüstanda daha 294 nəfər koronavirusa yoluxub
# 27 sentyabr 2020 11:05 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 294 yoluxma halı qeydə alınıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 5254 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 5584 nəfər karantində saxlanılır, 836 nəfər isə stasionar şəraitdə müalicə olunur. Virusa yoluxanlardan 1906 nəfərin sağaldığı, 28 nəfərin isə vəfat etdiyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR