Gürcüstanda daha 44 nəfər koronavirusa yoluxub

#
# 09:53
9 sentyabr 2020

Gürcüstanda son bir sutka ərzində yeni növ koronavirusa (COVID-19) 44 yoluxma halı qeydə alınıb. 

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 773 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus  səbəbi ilə hazırda 5 882 nəfər karantində saxlanılır, 390 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 1321 nəfərin sağaldığı, 19 nəfərin isə vəfat etdiyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR