Gürcüstanda daha 8 nəfər koronavirusa yoluxub

Gürcüstanda daha 8 nəfər koronavirusa yoluxub
# 21 iyun 2020 11:07 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində koronavirusa 8 yeni yoluxma halı qeydə alınıb.

APA bildirir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Məlumata görə, Gürcüstanda COVID-19-a yoluxanların sayı 906-ya çatıb.

Yoluxanların artıq 755-i sağalıb, 14-ü isə vəfat edib. Hazırda 137 nəfər xəstəlikdən müalicə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR