Gürcüstanda genişmiqyaslı beynəlxalq hərbi təlimlər başlayıb

Gürcüstanda genişmiqyaslı beynəlxalq hərbi təlimlər başlayıb
# 07 sentyabr 2020 11:32 (UTC +04:00)

Gürcüstanda "Layiqli Tərəfdaş 2020" ("Noble Partner 2020") adlı beşinci çoxmillətli hərbi təlimlərə start verilib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.

Sentyabrın 18-dək davam edəcək təlimlərin rəsmi açılış mərasimi artıq baş tutub.

Hərbi təlimlərlə əlaqədar özünün "Facebook" hesabında paylaşım edən Gürcüstan xarici işlər naziri David Zalkaliani bildirib ki, məqsəd Gürcüstanla ABŞ və NATO üzvü olan ölkələr arasında hərbi qüvvələrin qarşılıqlı əməliyyat qabiliyyətinin, hərbi hazırlığının inkişaf etdirilməsi, Qara Dəniz regionunda sülh və stabilliyi təmin etməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR