Gürcüstanda hakim partiyadan olan millət vəkilləri azərbaycanlıları təbrik edib

Gürcüstanda hakim partiyadan olan millət vəkilləri azərbaycanlıları təbrik edib
# 21 mart 2020 14:00 (UTC +04:00)

 Gürcüstan parlamentinin hakim “Gürcü Arzusu” partiyasından olan deputatları Kaxaber Okriaşvili və Qoqi Meşveliani azərbaycanlıları Novruz Bayramı münasibəti ilə təbrik edib. APA-nın yerli bürosu xəbər verir ki, deputatlar bayramın dünyanın bir çox ölkəsində qeyd edildiyini, azərbaycanlıların timsalında Gürcüstanın da bu ölkələrdən olmasına görə məmnun olduqlarını deyiblər.

 “Əziz azərbaycanlılar, həmvətənlərimiz ! Biz baharın gəlişi ilə əlaqədar Novruz Bayramını sizinlə birlikdə qeyd edirik - bu şənliyə qoşulub sevincinizi bölüşürük. Novruz Bayramı şənlikləri bir çox ölkənin özünəməxsus adət-ənənəsidir. Biz məmnunuq ki, vətənimiz də bu ölkələrin sırasındadır, çünki Novruz bir neçə ildir ki, Gürcüstanda ümumi xalq bayramı kimi qeyd edilir. Ölkəmizin bütün dünyada olduğu kimi, 2020-ci ildə belə bir sınaq qarşısında qalması təəssüf doğurur və Novruz Bayramını bu il əvvəlki illərdə olduğu kimi sizinlə qeyd edə bilmirik. Ancaq yaxın vaxtlarda bu sınaqdan çıxacağımıza inanırıq. Bayramınızı təbrik edirik ! Bu bayram yeni həyatın, yeni enerjinin, baharın gəlişinin bayramıdır, ölkəmizə və hamımıza uğurlar,  həyatınızda müsbət dəyişikliklər arzulayırıq! "

Səid Babazadə

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR