Gürcüstanda hökumət orqanları fövqəladə vəziyyət rejiminə keçib

Gürcüstanda hökumət orqanları fövqəladə vəziyyət rejiminə keçib
# 12 mart 2020 10:32 (UTC +04:00)

Koronavirusla mübarizə tədbirləri çərçivəsində Gürcüstanda bütün hökumət orqanları fövqəladə vəziyyət rejiminə keçib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Baş Naziri Giorgi Qaxaria məlumat verib.

O bildirib ki, ölkədə təşvişə səbəb olacaq vəziyyət yoxdur.

“Bütün hökumət orqanları növbəli iş rejimi ilə 24 saatlıq fəaliyyətə keçiblər. Xüsusilə də Səhiyyə, Maliyyə, Təhsil, Daxili İşlər və Xarici İşlər nazirlikləri xüsusi rejimdə fəaliyyətə başlayıb”, - deyə G. Qaxaria vurğulayıb.

Qeyd edək ki, Gürcüstanda koronavirusa yoluxan şəxslərin sayı 24 nəfərə çatıb, 295 nəfər isə karantində saxlanılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR