Gürcüstanda ictimai nəqliyyatın fəaliyyəti bir həftəlik dayandırılacaq

Gürcüstanda ictimai nəqliyyatın fəaliyyəti bir həftəlik dayandırılacaq
# 26 aprel 2021 16:20 (UTC +04:00)

Gürcüstanda yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar mayın 3-dən 12-dək bütün ölkə ərazisində bələdiyyəyə məxsus ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Qurumlararası Koordinasiya Şurası qərar qəbul edib.

Bildirilib ki, məqsəd mayın 4-dən başlayacaq və 11-dək davam edəcək tətil zamanı ölkə ərazisində vətəndaşların hərəkətini məhdudlaşdıraraq virusun yayılmasının qarşısının almaqdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR