Gürcüstanda karantinə alınanların sayı 1000-i ötüb

Gürcüstanda karantinə alınanların sayı 1000-i ötüb
# 16 mart 2020 22:08 (UTC +04:00)

Gürcüstanda koronavirus şübhəsi ilə karantinə alınan şəxslərin sayı 1008-ə çatıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində təsis etdiyi rəsmi veb saytında məlumat verilib. Daha əvvəlki məlumata əsasən, gün ərzində karantinə alınanların sayı 637 nəfər idi.

Qeyd edək ki, hazırda ölkədə 33 koronavirusa yoluxma hadisəsi təsdiqlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR