Gürcüstanda koronavirusa görə məhkumlarla görüş dayandırılır

Gürcüstanda koronavirusa görə məhkumlarla görüş dayandırılır
# 12 mart 2020 13:30 (UTC +04:00)

Koronavirusla mübarizə tədbirləri çərçivəsində Gürcüstanda məhkumlarla görüş dayandırılacaq.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Ədliyyə naziri Tea Tsulukiani hökumətin iclasından sonra mətbuata açıqlamasında məlumat verib.

O bildirib ki, məhbusların yaxınları ilə əsasən telefon vasitəsilə əlaqə saxlamasına üstünlük veriləcək və bu sahədə onlara lazımi imkanlar yaradılacaq.

Nazir qeyd edib ki, telefon danışıqlarına görə yaranacaq maliyyə yükü məhbusların üzərinə düşməyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR