Gürcüstanda koronavirusa yoluxanların sayı 1 039 nəfərə çatıb

Gürcüstanda koronavirusa yoluxanların sayı 1 039 nəfərə çatıb
# 20 iyul 2020 10:15 (UTC +04:00)

Gürcüstanda yeni növ koronavirusa daha (COVID-19) 11 yoluxma halı qeydə alınıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 039 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə 5 687 nəfər karantində saxlanılır, 232 nəfər isə stasionar şəraitdə müalicə olunur. Virusa yoluxanlardan 900 nəfərin sağaldığı, 15 nəfərin isə vəfat etdiyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR