Gürcüstanda koronavirusa yoluxanların sayı 1 117 nəfərə çatıb

Gürcüstanda koronavirusa yoluxanların sayı 1 117 nəfərə çatıb
# 25 iyul 2020 10:49 (UTC +04:00)

Gürcüstanda son bir sutka ərzində yeni növ koronavirusa daha (COVID-19) 13 yoluxma halı qeydə alınıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 117 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 5 936 nəfər karantində saxlanılır, 268 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 917 nəfərin sağaldığı, 16 nəfərin isə vəfat etdiyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR