Gürcüstanda koronavirusa yoluxanların sayı 1 341 nəfərə çatıb

Gürcüstanda koronavirusa yoluxanların sayı 1 341 nəfərə çatıb
# 17 avqust 2020 10:28 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 5 yoluxma halı qeydə alınıb, 4 nəfər xəstəlikdən sağalıb.

APA-nın xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 341 nəfərə çatıb.

Qeyd edək ki, virusa yoluxanlardan 1 092 nəfərin sağaldığı, 17 nəfərin isə vəfat etdiyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR