Gürcüstanda koronavirusa yoluxanların sayı 1160 nəfərə çatıb

#
# 10:07
30 iyul 2020

Gürcüstanda son bir sutka ərzində yeni növ koronavirusa daha (COVID-19) 5 yoluxma halı qeydə alınıb.  

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavorusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.  Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1160 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus  səbəbi ilə hazırda 6489 nəfər karantində saxlanılır, 337 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 935 nəfərin sağaldığı, 17 nəfərin isə vəfat etdiyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR