Gürcüstanda koronavirusa yoluxanların sayı 1447 nəfərə çatıb

Gürcüstanda koronavirusa yoluxanların sayı 1447 nəfərə çatıb
# 27 avqust 2020 10:23 (UTC +04:00)

Gürcüstanda son bir sutka ərzində yeni növ koronavirusa (COVID-19) 11 yoluxma halı qeydə alınıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1447 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 6010 nəfər karantində saxlanılır, 236 nəfər isə stasionar şəraitdə müalicə olunur.

Yoluxanlardan 1150 nəfərin sağaldığı, 19 nəfərin vəfat etdiyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR