Gürcüstanda koronavirusa yoluxanların sayı 1568 nəfərə çatıb

Gürcüstanda koronavirusa yoluxanların sayı 1568 nəfərə çatıb
# 03 sentyabr 2020 10:05 (UTC +04:00)

Gürcüstanda son bir sutka ərzində yeni növ koronavirusa (COVID-19) 20 yoluxma halı qeydə alınıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1568 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 6185 nəfər karantində saxlanılır, 215 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 1279 nəfərin sağaldığı, 19 nəfərin isə vəfat etdiyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR