Gürcüstanda koronavirusa yoluxanların sayı 348 nəfərə çatıb - YENİLƏNİB

Gürcüstanda koronavirusa yoluxanların sayı 348 nəfərə çatıb - YENİLƏNİB
# 16 aprel 2020 21:32 (UTC +04:00)

Gürcüstanda koronavirusa yoluxanların sayı 348-ə çatıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bildirilib ki, hazırda ölkə üzrə karantində 5000 nəfər saxlanılır, stasionar müalicədə isə 494 nəfər var. Virusa yoluxmuş şəxslərdən 76-sağalıb, 3 nəfər isə vəfat edib.

Qeyd edək ki, Gürcüstanda koronavirusa ilk yoluxma halı fevralın 26-də təsdiqlənib.

***

Saat 19:50

Gürcüstanda koronavirusa yoluxanların sayı 340 nəfərə çatıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bildirilib ki, hazırda ölkə üzrə karantində 5000 nəfər saxlanılır, stasionar müalicədə isə 494 nəfər var. Virusa yoluxmuş şəxslərdən 76-sı sağalıb, 3 nəfər isə vəfat edib.

Qeyd edək ki, Gürcüstanda koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR