Gürcüstanda koronavirusa yoluxanların sayı 38 nəfərə çatıb

Gürcüstanda koronavirusa yoluxanların sayı 38 nəfərə çatıb
# 18 mart 2020 10:47 (UTC +04:00)

Gürcüstanda koronavirusa yoluxmuş şəxslərin sayı 38 nəfərə çatıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində təsis etdiyi rəsmi internet saytında bildirilib.

Ölkədə koronavirus şübhəsi ilə karantində saxlanılanların sayı isə 1130 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirusa ilk yoluxma fevralın 26-da təsdiqlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR