Gürcüstanda koronavirusa yoluxanların sayı 411 nəfərə çatıb

Gürcüstanda koronavirusa yoluxanların sayı 411 nəfərə çatıb
# 22 aprel 2020 10:13 (UTC +04:00)

Gürcüstanda yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 411 nəfərə çatıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bildirilib ki, hazırda ölkə üzrə karantində 5015 nəfər saxlanılır, stasionar müalicədə isə 573 nəfər var. Virusa yoluxmuş şəxslərdən 97-si sağalıb, 4 nəfər isə vəfat edib.

Qeyd edək ki, Gürcüstanda koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR