Gürcüstanda koronavirusa yoluxanların sayı 431 nəfərə çatıb

Gürcüstanda koronavirusa yoluxanların sayı 431 nəfərə çatıb
# 24 aprel 2020 10:28 (UTC +04:00)

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı 431 nəfərə çatıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bildirilib ki, ölkə üzrə karantində 5126 nəfər saxlanılır, stasionar müalicədə isə 578 nəfər var.

Virusa yoluxmuş şəxslərdən 114 nəfəri sağalıb, 5 nəfər isə vəfat edib.

Qeyd edək ki, Gürcüstanda koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR