Gürcüstanda koronavirusa yoluxanların sayı 49 nəfərə çatıb

Gürcüstanda koronavirusa yoluxanların sayı 49 nəfərə çatıb
# 21 mart 2020 18:51 (UTC +04:00)

Gürcüstanda koronavirusa yoluxma təsdiqlənmiş şəxslərin sayı 49 nəfərə çatıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində təsis etdiyi xüsusi internet saytında bildirilib.

Hazırda ölkə üzrə karantinə alınanların sayı 1966 nəfər təşkil edir, 259 nəfər isə stasionar şəraitdə müalicə alır.

Qeyd edək ki, ölkədə virusa yoluxma halı ilk dəfə fevralın 26-da təsdiqlənib.

Səid Babazadə

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR