Gürcüstanda koronavirusa yoluxanların sayı 500-ü ötüb

Gürcüstanda koronavirusa yoluxanların sayı 500-ü ötüb
# 28 aprel 2020 09:59 (UTC +04:00)

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) 14 yoluxma halı qeydə alınıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da ölkədə təsdiqlənmiş yoluxma hallarının sayı 511-ə çatıb.

Bildirilib ki, hazırda ölkə üzrə karantində 5107 nəfər saxlanılır, stasionar müalicədə isə 534 nəfər var. Virusa yoluxmuş şəxslərdən 156-sı sağalıb, 6 nəfər isə vəfat edib.

Qeyd edək ki, Gürcüstanda koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR